Ana Sayfa > İdman > Meza Kolli "Araz-Naxçıvan"da

Meza Kolli "Araz-Naxçıvan"da


Bu gün, 16:51. Yazar: sevinc1
Meza Kolli "Araz-Naxçıvan"da

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Klubdan aia.az-a verilən məlumata görə, əyalət təmsilçisi Sezar Meza Kolli ilə anlaşıb.

Azad agent statusuna malik 33 yaşlı futbolçu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.

Paraqvaylı mərkəz yarımmüdafiəçi peşəkar karyerasında müxtəlif illərdə İtaliyanın “Çesena” və “Pavia”, İspaniyanın “Alaves”, ölkəmizin isə “İnter” “Keşlə”, “Şamaxı”, “Neftçi” və “Zirə” klublarının heyətində çıxış edib.

aia.az
Geri dön