Ana Sayfa > Özəl > İsrail-İran addım-addım müharibəyə girir! Yeni plan "GPS siqnalları"

İsrail-İran addım-addım müharibəyə girir! Yeni plan "GPS siqnalları"


Bu gün, 10:09. Yazar: sevinc1
İsrail-İran addım-addım müharibəyə girir! Yeni plan "GPS siqnalları"
İsrail ordusunun İrandan gələn istənilən hücuma qarşı Təl-Əvivin Müdafiə Nazirliyinin binasının yerləşdiyi Kirya bölgəsində GPS siqnallarını söndürməyə başladığı iddia edilib.
İsrail mərkəzli Walla internet saytının xəbərində İranla yaşanan gərginlik səbəbiylə ordunun Kirya bölgəsində GPS siqnallarını söndürməyə başladığı iddia edilib.Xəbərdə İsrail komandirlərinin İrandan gələcək hər hansı bir hücuma necə hazırlanacaqları ilə bağlı bir sıra görüşlər keçirdiyi və bu çərçivədə hava hücumundan müdafiə sistemində, orduda, Müdafiə Nazirliyində, Daxili Cəbhədə hazırlıqların aparıldığı bildirilib. Həssas obyektlərin komanda və idarəetmə sistemləri daha yüksək səviyyəyə qaldırılacaq.

ABŞ-ın İsrailin hava hücumundan müdafiə sisteminin gücləndirilməsinə kömək edəcəyi, İsrail Müdafiə Nazirliyi və ordusunun ölkənin müxtəlif bölgələrində qabaqcıl texnologiyalarla monitorinq və xəbərdarlıq sistemlərinin modernləşdirilməsi üzərində çalışdığı bildirilib.

İsrail ordusu oktyabrın 12-də verdiyi açıqlamada ABŞ-ın ölkədə uzaq mənzilli ballistik raketlərin qarşısını almaq üçün istifadə edilən THAAD (Territorial High Altitude Air Defense) sistemini yerləşdirdiyini açıqlayıb.

aia.az
Tərcümə şöbəsi
Geri dön