Ana Sayfa > Manşet / Ölkə > AzQAC-ın prezidenti Novruz Aslanov BQXQACF-nın Azərbaycandaki nümayəndələrini baş ofisdə qəbul etdi

AzQAC-ın prezidenti Novruz Aslanov BQXQACF-nın Azərbaycandaki nümayəndələrini baş ofisdə qəbul etdi


Dünən, 21:03. Yazar: sevinc1
AzQAC-ın prezidenti Novruz Aslanov BQXQACF-nın Azərbaycandaki nümayəndələrini baş ofisdə qəbul etdi

14 oktaybr 2024-cü il tarixdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov BQXQACF-nın Cənubi Qafqaz ölkələri üzrə nümayəndəliyinin rəhbəri Davron Muhammadiyev və Beynəlxalq Federasiyanın Azərbaycandakı nümayəndəliyinin proqramlar və əməliyyatlar üzrə meneceri Serdar Güneli qəbul etdi.
Öncə Novruz Aslanov cənab Davron Muhammadiyevi Milli Cəmiyyətdə görməkdən məmnun olduğunu bildirdi. Görüşdə iki təşkilat arasında görülən ümumi işlər, qarşılıqlı əməkdaşlıq, tərəfdaşlıq çərçivəsində həyata keçirilən layihələr barədə söhbət açıldı. Ötən illərdə olduğu kimi bu il də əməkdaşlıq çərçivəsində həm AzQAC, həm də Beynəlxalq Federasiyasının qarşıya qoyulan məqsədə çatmaq üçün üzərilərinə düşən öhdəliklərin zamanında və yüksək səviyyədə yerinə yetirilməsinin önəmi vurğulandı. Həmçinin, onlar Qarabağ İqtisadi Rayonunda mövcud olan vəziyyətdən müzakirə etdilər.

Milli Cəmiyyətin prezidenti Novruz Aslanov, BQXQACF-nın nümayəndəliyinin proqramlar və əməliyyatlar üzrə meneceri Serdar Günelə Milli Cəmiyyətə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi və çıxışında Serdar Günelin Azərbaycandakı missiyasını başa vurması ilə bağlı fikirlərini bölüşərək, onun gələcəkdə də Türk Kızılayında fəaliyyətini uğurla davam etdirəcəyinə ümid etdiyini ifadə etdi. Eyni zamanda, ona gələcək fəaliyyətində uğurlar arzuladı.

Davron Muhammadiyev öz növbəsində səmimi qarşılanmaya görə minnətdarlığını bildirərək, AzQAC-ın ölkəmizdə humanitar sahədə apardığı işlərdən məmnunluqla danışdı. Mövcud əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladı.

AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə də öz növbəsində Serdar Günellə barədə xoş fikirlərini söylədi. Belə ki, onunla uzun illər davam edən səmərəli əməkdaşlıq və dostluq əlaqələri vurğulayaraq, Serdar Günelin Cəmiyyətə verdiyi töhfələri yüksək dəyərləndirərək onun yaradıcılıq əlaqələrindən və araşdırmalından da söz açdı, ona yeni nailiyyətlər və sağlıqlı uzun ömür dilədi. Onun Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının inkişafında, eləcə də Türk Qızıl Ay Cəmiyyəti ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında əlaqələrin möhkəmləndirilməsində göstərdiyi fəallığa görə təşəkkürünü bildirdi.
Görüşdə AzQAC-ın İcraçı Katibin müavini, Fövqəladə hallar şöbəsinin müdiri Elşən Səlimzadə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin BQXQACF-nın əməkdaşlığından bəhs etdi, bu əməkdaşlığın son illərdə daha da genişləndiyini vurğuladı. Serdar Günelə Azərbaycan Qızıl Aypara Cəmiyyətinə göstərdiyi dəstək və gördüyü bütün işlər üçün dərin təşəkkürünü bildirdi. Ona gələcək fəaliyyətində uğurlar və rifah arzuladı. Onunla işləməkdən böyük məmnunluğunu bildirdi .

Serdar Günel öz çıxışında onun fəaliyyətinə verilən yüksək qiymətə görə, eləcə də çıxışlarda ünvanına səslənən xoş sözlərə və arzulara görə hər kəsə dərin minnətdarlığını bildirib.

Sonda Novruz Aslanov Serdar Günelə xatirə hədiyyə təqdim etdi.

aia.az
Geri dön