Ana Sayfa > Gündəm > Deputat Hicran Hüseynova seçiciləri ilə keçirdiyi görüşündə vətəndaşların problemlərinin həlli üçün əlindən gələni əsirgəməyəcəyini bəyan edib

Deputat Hicran Hüseynova seçiciləri ilə keçirdiyi görüşündə vətəndaşların problemlərinin həlli üçün əlindən gələni əsirgəməyəcəyini bəyan edib


14-10-2024, 19:40. Yazar: sevinc1
Deputat Hicran Hüseynova seçiciləri ilə keçirdiyi görüşündə vətəndaşların problemlərinin həlli üçün əlindən gələni əsirgəməyəcəyini bəyan edib

aia.az xəbər verir ki,oktyabrın 14-də VII çağırış 42 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının inzibati binasında ilk vətəndaş qəbulunda seçicilərlə görüş keçirib və onların müraciətlərini dinləyib. Deputat vətəndaşları fərdi qaydada qəbul edərək, onların təklif və problemlərini diqqətlə dinləyib.

Görüşdə şəhid ailələri, müharibə əlilləri, veteranlar və hərbi qulluqçular da iştirak ediblər. Millət vəkili onların üzləşdiyi çətinliklərə xüsusi diqqət yetirib və müraciətlərini həll olunması üçün aidiyyəti qurumlara yönləndirib. Vətən müharibəsi qazilərinin müraciətləri xüsusi nəzarətə götürülüb. Dövlət tərəfindən onlara göstərilən diqqət və qayğı üçün qazilər və şəhid ailələri minnətdarlıqlarını bildiriblər.

Vətəndaşlar əsasən ailə-məişət problemləri, işlə təminat, əmək təqaüdləri və sosial məsələlərlə bağlı müraciət ediblər. Müraciətlərdən bəziləri dərhal həll edilib, digər məsələlərin isə araşdırılması üçün aidiyyəti qurumlara sorğular göndərilib.

Deputat Hicran Hüseynova seçicilərinin rifahını daim diqqət mərkəzində saxlayaraq, onların problemlərinin həlli üçün hər zaman əlindən gələni etməyə çalışacağını bir daha vətəndaşların diqqətinə çatdırıb.
Geri dön