Ana Sayfa > Qərbi Azərbaycan > Qərbi Azərbaycan İcmasında paraatlet Lamiyə Vəliyeva ilə görüş keçirilib

Qərbi Azərbaycan İcmasında paraatlet Lamiyə Vəliyeva ilə görüş keçirilib


Bu gün, 15:23. Yazar: sevinc1
Qərbi Azərbaycan İcmasında paraatlet Lamiyə Vəliyeva ilə görüş keçirilib

Qərbi Azərbaycan İcmasında İcmanın rəhbərliyi ilə XVII Yay Paralimpiya Oyunlarında T13 kateqoriyasında çempion olmuş, əslən Qərbi Azərbaycanın Barana rayonunun Yuxarı Körpülü kəndindən olan paraatlet Lamiyə Vəliyevanın görüşü keçirilib.
Paralimpiya Oyunlarında Azərbaycan Respublikasını uğurla təmsil etmiş və birincilik qazanmış L.Vəliyevanı təbrik edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli ona növbəti yarışlarda da parlaq qələbələr arzulayıb. Əziz Ələkbərli Lamiyə Vəliyevanın bu uğurunun təkcə Qərbi Azərbaycan gəncləri üçün yox, həm də bütün Azərbaycan gəncləri üçün bir örnək olduğunu qeyd edib.



İcmanın Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov paralimpiya çempionunu təbrik edib, uğurlar arzulayaraq digər qadın atletlərimizin də bu uğurdan ruhlanaraq gələcəkdə yeni nailiyyətlər əldə edəcəyinə ümid etdiyini bildirib.
Tədbirdə Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı da çıxış edərək çempion xanıma uğurlar arzulayıb və bu nailiyyətlərinin davamının gəlməsini diləyiblər.
Qərbi Azərbaycan İcmasının Nərimanov rayonu üzrə nümayəndəsi, Nərimanov rayon bələdiyyəsinin sədri Təmraz Tağıyev də tədbirdə çıxış edərək,çempionu təbrik edib və bələdiyyə tərəfindən ona aylıq təqaüd təyin edildiyini elan edib.
Sonra L.Vəliyevaya Qərbi Azərbaycan İcmasının Fəxri Fərmanı, üzvlük vəsiqəsi, döş nişanı və İcmanın pul mükafatı təqdim olunub.
Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.





Geri dön