Ana Sayfa > Gündəm > Dövlət-diaspor əməkdaşlığının inkişafı vacib şərtdir
Dövlət-diaspor əməkdaşlığının inkişafı vacib şərtdir14-10-2024, 12:43. Yazar: sevinc1 |
Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə Diaspora.TV-yə müsahibə verib: - Gülər xanım, bildiyimiz qədərilə gənc olmağınıza baxmayaraq Azərbaycan diasporunun bu günkü fəaliyyəti ilə yaxından maraqlanırsınız. Bugünkü diasporamızı necə qiymətləndirirsiniz? Xarici ölkələrdə yaşayan soydaşlarımızın fəallıq səviyyəsini qənaətbəxş hesab edirsinizmi? - İlk növbədə qeyd edim ki, Azərbaycan diasporunun təşkilatlanmasında, siyasi-ideoloji birliyin yaranmasında hərəkətverici qüvvə kimi çıxış edən ən mühüm qərar Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması olub. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində belə bir dövlət qurumunun yaradılması diasporun tarixində yeni mərhələnin əsasını qoyub, xaricdə yaşayan soydaşlarımızın potensialının ölkəmizin ümumi maraqlarının müdafiəsi naminə birləşdirilməsində əvəzsiz rol oynayıb. Düşünürəm ki, bu gün Azərbaycan diasporu kifayət qədər təşkilatlanmış və yüksək nüfuza sahib olan bir qüvvədir və hazırda dünyanın 70-dən çox ölkəsində yaşayan soydaşlarımız bu təşkilatın daha da güclənməsi istiqamətində kifayət qədər aktiv və səmərəli fəaliyyət göstərirlər. - Sizcə koordinasiya və birlikdə fəaliyyət üçün eyni zamanda diaspor işini lobbi səviyyəsinə çatdırmaq üçün daha hansı addımlar atıla bilər? - Biz hamımız, hətta bütün dünya Azərbaycan diasporunun fəallaşmasında və təşkilatlanmasında pik nöqtə səviyyəsini Vətən müharibəsinin gedişində və əlbəttə ki, bizim Qarabağda qazandığımız böyük Zəfər zamanı müşahidə etmiş oldu. Elə bilirəm ki, diasporun bundan sonra da daha sıx birliyinə nail olunması və daha güclü olması üçün ümumi maraqların üstün tutulması prinsipi əsasında sistemli iş aparılmalıdır. Əlbəttə ki, vahid ideya və maraqlar naminə dövlət-diaspor əməkdaşlığının inkişafı, qüvvələrin ümumi məqsədlərə nail olmaq üçün birləşməsi vacib şərtdir. - Xaricdə yaşayan soydaşlarımızla əlaqələriniz varmı? - Əlbəttə var. Həm də bu əlaqələr müxtəlif əsaslar üzərində formalaşsa da, nəticə etibarı ilə ümumi işimizin, Azərbaycan diasporunun güclənməsinin dəstəklənməsinə xidmət edir. Bu gün mənim Almaniyada, Rusiya Federasiyasında, Türkiyə Cümhuriyyətində yaşayan çox sayda dostlarım var və onların böyük əksəriyyəti yaşadıqları ölkədə fəaliyyət göstərən Azərbaycan diasporunun işində fəal şəkildə iştirak edirlər. Mən də öz tərəfimdən bu insanların bir-biriləri ilə, eləcədə ölkəmizdə fəaliyyət göstərən aidiyyatlı qurumlarla əlaqələrinin yaradılmasında və möhkəmlənməsində bacardığım qədər köməklik göstərirəm. Birgə fəaliyyət bizim ən güclü tərəfimizdir. Diaspor anlayışının mahiyyətində də məhz bu amil durur. Xəyalə Zöhrab Diaspora.TV Geri dön |