Ana Sayfa > Ölkə > Heydər Əliyev prospektində yeni yol nişanları quraşdırılır

Heydər Əliyev prospektində yeni yol nişanları quraşdırılır


Bu gün, 12:22. Yazar: sevinc1
Heydər Əliyev prospektində yeni yol nişanları quraşdırılır

AYNA tərəfindən Heydər Əliyev prospektində yeni yol nişanları quraşdırılır.

Qurumdan aia.az-a bildirilib ki, müasir standartlara cavab verən bu yol nişanları ekoloji təmiz və təkrar emala uyğun yüngül materialdan hazırlandığından həm davamlı, həm də ətraf mühitə zərərsizdir.

Həmçinin, korroziyaya davamlılığı ilə uzun müddət dayanıqlı olan bu nişanlar hərəkət iştirakçıları üçün maksimum işıqqaytarıcılıq və görünürlük təmin edir.

Əvvəlki nişanlarla müqayisədə daha kompakt ölçüləri sayəsində şəhərimizdə görüntü kirliliyini azaltmağa kömək edir.

aia.az
Geri dön