Ana Sayfa > Siyasət / Özəl > Gülər Sultanzadə:: "Azərbaycan Prezidenti dünyaya mühüm siyasi mesajlar göndərdi "

Gülər Sultanzadə:: "Azərbaycan Prezidenti dünyaya mühüm siyasi mesajlar göndərdi "


Bu gün, 10:22. Yazar: sevinc1
Gülər Sultanzadə:: "Azərbaycan Prezidenti dünyaya mühüm siyasi mesajlar göndərdi "

Prezident İlham Əliyev bu ilin 8 oktyabr tarixində Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirak etdi. Azərbaycan Prezidenti çıxışında dünyaya bir sıra mesajlar verdi, önəmli məsələlərə toxundu.  Azərbaycan Prezidentini Rusiya Federasiyasının Prezidenti Vladimir Putin qarşıladı. Qarşılanma və görüş Azərbaycanla Rusiyanın münasibətlərinin olduqca isti olduğunu göstərdi. Bunu Putin də öz çıxışı zamanı vurğuladı. Rusiya prezidenti dedi ki, Azərbaycan və Rusiya arasında münasibətlər müsbət məcrada inkişaf edir, tərəflər bir çox maraqlı layihələr həyata keçirirlər. Rusiya Federasiyası Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfəri Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiq etdi. Əldə olunmuş razılaşmaların həyata keçirilməsi gələcəkdə münasibətlərimizin ardıcıl inkişafı işinə xidmət edəcək.

Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının üzvü Gülər Sultanzadə deyib.

Həmsöhbətimiz onu da deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı iki ölkə arasında müttəfiqlikdən bəhs etdi və vurğuladı ki, Rusiya Federasiyası Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfəri Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiq etdi: “Əldə olunmuş razılaşmaların həyata keçirilməsi gələcəkdə münasibətlərimizin ardıcıl inkişafı işinə xidmət edəcək”,-deyə Prezident söyləyib. Məlumat üçün bildirim ki, 2017-ci illə müqayisədə iki ölkə arasında ticarət dövriyyəsi iki dəfədən çox artaraq, ötən il 4,5 milyard ABŞ dollarına çatıb. Bununla yanaşı, 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub. Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” imzalanıb. Bundan başqa, Azərbaycan Rusiyanın ayrı-ayrı regionları ilə ikitərəfli ticarət əlaqələrini genişləndirməkdədir. Ticarət evləri, humanitar sahədə regionlarla əməkdaşlıq, şəhərlərin qardaşlaşması buna misaldır. Prezident İlham Əliyev çıxışında Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı seçilməsinə də toxunub. Ölkə başçısı qeyd edib ki, Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib: “MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb”. Laçın da digər Qarabağ torpaqları kimi 30 il düşmən tapdağında qalıb. Ermənilər bu ərazimizdə də olmazın barbarlıqlar edib, şəhəri talayıb, dağıdıblar. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. 6-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib. Həmçinin talan edilmiş Laçın Tarix Muzeyinin eksponatı olan gümüş əl çantası Londonda "Sotheby`s" auksionunda 80 min ABŞ dollarına satılıb. İndi Laçının MDB-nin mədəniyyət paytaxtı olması həm də bütün bu həqiqətlərin bir daha dünyaya çatdırılması deməkdir. Bu baxımdan daha bir siyasi uğurumuzdur.

Gülər Sultanzadə fikirlərin davam etdirərək onu da deyib ki, Azərbaycan Prezidenti çıxışı zamanı Laçının 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmasını tamamilə dağıdılmasını bir daha diqqətə çatdırıb. Deyib ki, bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Prezident çıxışında gələcəyin anonsunu da verib. Bildirib ki, növbəti il Azərbaycanda III MDB Oyunları keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək. Məlum olduğu kimi hazırda Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırlaşır. Bunun üçün artıq silsilə tədbirlər başlayıb, COP29 çərçivəsində görüşlər baş tutur. Azərbaycan növbəti dəfə beynəlxalq tədbirə ev sahibliyi edəcək. Bu, yenə də bəzi dövlətləri qıcıqlandırıb. Xüsusilə də Qərbdən maliyyələşən şəxs və təşkilatların son zamanlar Azərbaycana qarşı qarayaxma kampaniyası müşahidə olunur. Ancaq bütün bunlar heç bir nəticə verməyəcək və Azərbaycan daha əvvəllər olduğu kimi indi də bu böyük tədbirə yüksək səviyyədə ev sahibliyi edəcək. Prezident xüsusi olaraq onu da vurğulayıb ki, biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndiririk. Prezident Azərbaycanın İkinci Dünya müharibəsində qələbənin əldə olunmasında sanballı töhfəsindən də ətraflı danışıb. “Rossiya-1” televiziya kanalına verdiyi müsahibədə çox mühüm məqamlara toxunub-deyə Gülər Sultanzadə fikrini tamamlayıb.
Geri dön