Ana Sayfa > Ölkə > Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanıldı

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanıldı


Bu gün, 09:56. Yazar: sevinc1
Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanıldı

Oktyabrın 12-də və 13-də ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 37, o cümlədən borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

aia.az
Geri dön