Ana Sayfa > Manşet / Siyasət > Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasına işgüzar səfərə gəlib

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasına işgüzar səfərə gəlib


Bu gün, 09:50. Yazar: sevinc1
Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasına işgüzar səfərə gəlib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 13-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə gəlib.

Bu barədə aia.az-a Milli Məclisdən məlumat verilib.

Cenevrə Beynəlxalq Hava Limanında Milli Məclisin sədrini Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov, BMT-nin Cenevrə bölməsində və digər beynəlxalq təşkilatlar yanında Azərbaycanın daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Sahibə Qafarova Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında iştirak edəcək, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, digər rəsmi şəxslərlə görüşlər keçirəcək. Həmçinin, Azərbaycan parlamenti spikerinin Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında çıxışı gözlənilir.
Geri dön