Ana Sayfa > Dünya / Manşet > Krım körpüsündəki partlayışa görə bu şəxslər axtarışa verildi

Krım körpüsündəki partlayışa görə bu şəxslər axtarışa verildi


14-10-2024, 09:33. Yazar: sevinc1
Krım körpüsündəki partlayışa görə bu şəxslər axtarışa verildi

2022-ci ildə Krım körpüsünün partladılmasında əli hesab olunan Gürcüstan vətəndaşı Aleksandr İnasaridze və Ukrayna vətəndaşı Sergey Andreyçenko dövlətlərarası axtarışa verilib.

aia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

“İnasaridze və Andreyçenko dövlətlərarası axtarışa verilib”, - məlumatda deyilir.

Bundan əlavə, materiallarda qeyd olunur ki, bir gürcü və ukraynalıya, o cümlədən “naməlum şəriklərə” qarşı iş 2024-cü il fevralın 14-də verilib. Andreyçenko və İnasaridze bir nəfərin ölümü ilə nəticələnən terror aktının təşkilində, habelə qabaqcadan əlbir olaraq bir qrup şəxs tərəfindən partlayıcı maddələrin qanunsuz əldə edilməsində və partlayıcı maddələrin qaçaqmalçılığında ittiham olunurlar.

Xatırladaq ki, 2022-ci il oktyabrın 8-də səhər saatlarında Krım körpüsündə partlayış baş verib və yanacaq çəni yanıb. Hadisə nəticəsində dörd nəfər ölüb. Daha sonra Milli Antiterror Komitəsi körpüdən keçən yük maşınının partladığını bildirib. Faktla bağlı cinayət işi açılıb.

Oktyabrın 12-də FTX (Rusiya Federal Təhlükəsizlik Xidməti) Krım körpüsündə terror aktında iştirak edən 8 nəfərin saxlanıldığını elan edib. Terror aktının təşkilatçısının Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov olduğu bildirilib.

aia.az
Geri dön