Ana Sayfa > Ölkə > Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirildi

Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirildi


Bu gün, 09:31. Yazar: sevinc1
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

aia.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, məlumat-sürət tablolarında dəyişiklik edilib.

Eyni zamanda tablolarda “sürüşkən yol” işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

aia.az
Geri dön