Ana Sayfa > Özəl > Azərbaycan-Rusiya əlaqələrinin tarixinə növbəti uğurlu səhifə yazıldı

Azərbaycan-Rusiya əlaqələrinin tarixinə növbəti uğurlu səhifə yazıldı


Dünən, 21:09. Yazar: sevinc1
Azərbaycan-Rusiya əlaqələrinin tarixinə növbəti uğurlu səhifə yazıldı

Tarixi Zəfərimizin reallıqları bütün sahələrdə yeniliklərə, təkmilləşməyə yol açır. Dövlət başçısı İlham Əliyev yeni dövrün hədəflərindən bəhs edərkən bu fikri xüsusi qeyd edirki, güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Çünki xarici siyasət daxili siyasətin davamıdır. Bundan sonra daxarici siyasətimiz çox aydın, açıq olacaq. Bu gün dünya ictimaiyyəti siyasətimizi bəyənir və dəstəkləyir. Əgər əvvəlki dövrdə xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir. Təbii ki, bu hədəflər xarici siyasətimizin əsas istiqamətləri olan ayrı-ayrı dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əməkdaşlığın yeni prioritetlər üzrə inkişaf etdirilməsini bir zərurət kimi qarşıya qoyur. Ötən dövr ərzində qarşılıqlı səfərlərin dinamikası, Prezident İlham Əliyevin iştirak, eyni zamanda, çıxış etdiyi tədbirlərin say tərkibi Azərbaycanın müxtəlif ölkələrlə əməkdaşlığının yeni prioritetlər istiqamətində nə qədər maraqlı olduğunu nümayiş etdirir. Bu mühüm məqamı da xüsusi vurğulamalıyıq ki, qonşu dövlətlərlə əməkdaşlıq Azərbaycanın xarici siyasətində xüsusi yer tutur. Bu gün Azərbaycan-Rusiya münasibətlərinin timsalında qonşu dövlətlərlə əməkdaşlığa verilən önəm özünü aydın şəkildə nümayiş etdirir. Bu günlərdə Azərbaycan-Rusiya əlaqələrinin tarixinə növbəti uğurlu səhifə yazıldı. Belə ki, Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 7-8-də Rusiya Federasiyasında səfərdə oldu. Səfər çərçivəsində Prezident Vladimir Putin ilə görüşündə dövlətimizin başçısı İlham Əliyev iki ölkə arasında əlaqələrin gündəliyinin kifayət qədər geniş olduğunu diqqətə çatdırdı. Təbii ki, qarşılıqlı səfərlər gündəlikdə əksini tapan məsələlərin müzakirəsinə,ümumi mövqeyin ortaya qoyulmasına imkanlar yaradır. Təkcə cari il çərçivəsində qarşılıqlı səfərlərin say tərkibinə diqqət yetirsək Azərbaycan-Rusiya münasibətlərinin hazırkı inkişaf səviyyəsi barədə aydın təsəvvür yaranar. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizin qonşu dövlətlərlə əlaqələrinin inkişafını xarici siyasətimizin əsas tərkib hissəsi kimi diqqətdə saxlayır. Dövlətimizin başçısının 2004-cü ildə Rusiyaya ilk rəsmi səfəri münasibətlərimizdə yeni səhifənin başlanğıcı oldu. Bu fikir hər iki ölkənin dövlət başçıları tərəfindən qeyd edilir ki, Sovetlər Birliyinin dağılmasından sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmayıb. Bir mühüm məqamı da qeyd etməliyik ki, Azərbaycanın hərbi_siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının dünyaya təqdimatında əhəmiyyətli rol oynayan 10 noyabr 2020-ci il tarixi üçtərəfli Bəyanatı imzalayan üçüncü tərəf məhz Rusiya Prezidenti Vladimir Putin oldu. Postmünaqişə dövründə Azərbaycanın Ermənistana təkilf etdiyi sülh müqaviləsinin reallığa çevrilməsi istiqamətində də Rusiyanın gösərdiyi səylər dövlətimiz tərəfindən təqdir edilir.İlham Əliyev Moskvada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasındakı çıxışında da münasibətlərimizin dünəninə, bugününə diqqət yönəldərək Rusiya Prezidenti Vladimir Putinin bu ilin avqust ayında ölkəmizə dövlət səfəri zamanı Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiqlədiyini, əldə olunmuş razılaşmaların həyata keçirilməsinin gələcəkdə münasibətlərimizin ardıcıl inkişafı işinə xidmət edəcəyini bildirdi. Bu mühüm addım da iki dost, müttəfiq ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasının nümayişi kimi qeyd edildi. Belə ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb. Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunur. Burada yeni həyat başlayıb. Laçın sakinlərinə qovuşan, qayıdışın sevincini yaşayan məskənlərimiz sırasındadır. Laçın şəhəri ilə yanaşı, Sus və Zabux kəndləri də qayıdışın ünvanlarındandır. Əlaqələrin inkişafında yeni səhifə açacaq mühüm addımlardan biri kimi gələn il Azərbaycanda III MDB Oyunlarının keçiriləcəyini də qeyd edə bilərik. Dövlətimizin başçısı İlham Əliyev sözügedən çıxışında bildirdi ki, Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək. Dövlət başçısı İlham Əliyev cari ilin mühüm hadisələrindən biri kimi Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyi edəcəyini də xüsusi qeyd etdi. 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndirdi. Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət göstərdiyi məqamlardan biri də Azərbaycanın İkinci Dünya müharibəsində Qələbənin əldə olunmasına sanballı töhfələr verməsi oldu.Bildirildi ki, 9 May ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir. Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir və bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək. Ümumilikdə iki ölkə arasında əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur.Ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlər, bu günədək imzalanan sənədlər, mütəmadi qaydada keçirilən iqtisadi forumlar, konfranslar ikitərəfli münasibətlərin inkişafında həlledici rol oynayır. Hər bir səfər çərçivəsində gündəmə gətirilən məsələlər münasibətlərin gələcək inkişafına stimuldur.

Nərgiz Hüseynova
YAP Laçın rayon təşkilatının 49 saylı ƏPT-nin sədri
Laçın rayon 12 nömrəli tam orta məktəbin direktoru

Geri dön