Ana Sayfa > Gündəm > Diaqnoz Tibb Mərkəzi Azərbaycan Radioloqlar Cəmiyyətinin IV beynəlxalq elmi–praktiki konfransında
Diaqnoz Tibb Mərkəzi Azərbaycan Radioloqlar Cəmiyyətinin IV beynəlxalq elmi–praktiki konfransında13-10-2024, 18:22. Yazar: sevinc1 |
9-10 oktyabr 2024-cü il tarixlərində Bakı şəhərində “Visiting Professorship Programme To Azerbaijan” və “Azərbaycan Radioloqlar Cəmiyyətinin IV Beynəlxalq Elmi–Praktiki Konfransı” keçirildi. Tədbirdə 10-a yaxın ölkədən 450-dən çox həkim Bakıda bir araya gəlib. aia.az xəbər verir ki, bu mötəbər elmi tədbirdə Diaqnoz Tibb Mərkəzinin baş həkimi Ələddin Cabbarov, radioloqlar - tibb üzrə fəlsəfə doktoru Aydın Mirzəyev, Təhminə Əlimədətli, Əsmər Abbasova, Cahan Hüseynova, Könül Məmmədova, Könül Behbudova, Gülnarə Əliyeva və Çingiz Məmmədov iştirak ediblər. İki gün davam edən konfrans zamanı radiologiyanın müxtəlif aspektləri, o cümlədən ən son yeniliklər, innovativ diaqnostik metodlar və müalicə üsulları müzakirə edilib. Tədbir Azərbaycanlı radioloqlara aktual mövzularda müzakirələr aparmaq, yeni biliklər əldə etmək və beynəlxalq təcrübə ilə tanış olmaq imkanı yaradıb. Ölkəmizdə ilk dəfə Avropa Radioloqlar Məktəbinin də qatıldığı konfrans ölkəmizin tibb sahəsində beynəlxalq əməkdaşlığını gücləndirməyə və Azərbaycan radiologiya elminin inkişafına mühüm töhfə verib. Geri dön |