Ana Sayfa > Özəl > Qarşılıqlı fəaliyyət

Qarşılıqlı fəaliyyət


Bu gün, 09:39. Yazar: sevinc1
Qarşılıqlı fəaliyyət

Prezident həmçinin xatırladıb ki, bir aydan sonra Bakı ən böyük beynəlxalq tədbirə – COP29 iqlim konfransına ev sahibliyi edəcək: “Biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndiririk”.
MDB dövlət başçılarının iclasında İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı müraciətin qəbul ediləcəyini deyən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ümumi qələbəmizə sanballı töhfə verib: “Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib... Azərbaycanda 130 növdən çox silah, sursat və texnika istehsal edilirdi... Bakıda 41 hərbi hospital fəaliyyət göstərirdi, 440 min yaralı müalicə alırdı. 1942-ci ildə Taqanroq adı ilə tanınan 416-cı Azərbaycan atıcı diviziyasının döyüşçüləri Şimali Qafqazdan başlayan döyüş yolunu bağlayıb.

Bəhruz Ramazanov,
YAP Qusar rayon təşkilatının məsləhətçisi.

Geri dön