Ana Sayfa > Gündəm > Komitə sədri Şahin İsmayılov seçicilərlə görüşüb

Komitə sədri Şahin İsmayılov seçicilərlə görüşüb


Dünən, 20:21. Yazar: sevinc1
Komitə sədri Şahin İsmayılov seçicilərlə görüşüb

aia.az xəbər verir ki, oktyabrın 12-də 83 saylı Beyləqan seçki dairəsi üzrə Milli Məclisin deputatı, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov seçicilərlə görüşüb.

Aylıq qəbul qrafikinə uyğun olaraq Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının qərargahında keçirilən görüşdə qabaqcadan müraciət edən şəxlsər iştirak edib. Vətəndaşların əsasən işsizlik və sosial məsələləri əhatə edən müraciətləri dinlənilib, köməklik göstərilməsi üçün qeydiyyata alınıb. Deputat qeyd edilən məsələlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həll olunmasına səy göstərəcəyini bildirib.
Geri dön