Ana Sayfa > Özəl > Gədəbəy rayonunda Şəhid Hüseynov Rafiz Afik oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunub

Gədəbəy rayonunda Şəhid Hüseynov Rafiz Afik oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunub


Bu gün, 13:35. Yazar: sevinc1
Gədəbəy rayonunda Şəhid  Hüseynov Rafiz Afik oğlunun doğum günü münasibətilə  məzarı  ziyarət olunub

aia.az xəbər verir ki, YAP Gədəbəy rayon Təşkilatının əməkdaşları, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Gədəbəy rayon Cümə məscidinin imamı eləcə də kənd sakinlərinin iştirakı ilə 44 günlük vətən müharibəsində vətənimizin müdafiəsi uğurunda öz canından keçən Şəhidimiz- rayonun Şahdağ kənd sakini Hüseynov Rafiz Afik oğlunun doğum günü münasibətilə məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılıdı, məzarı üzərinə gül dəsətələri düzüldü və ruhuna dualar oxunudu.

Ailəsi ilə söhbətlər aparılıb onların qayğı və problemləri dinlənildi. Şəhid ailələri dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!


Geri dön