Ana Sayfa > Siyasət > Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşımbayev ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşımbayev ilə görüşüb


11-10-2024, 17:31. Yazar: sevinc1
Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşımbayev ilə görüşüb

Tacikistan Respublikası Konstitusiyasının qəbul olunmasının 30-cu ildönümü münasibətilə təşkil olunan Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə bu ölkədə işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Düşənbə şəhərində Qazaxıstan Respublikası Parlamenti Senatının sədri Maulen Aşımbayev ilə görüşüb.

Bu barədə aia.az-a Milli Məclisdən məlumat verilib.

Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin inkişafından məmnunluq ifadə olunub.
Senatın sədri Maulen Aşımbayev, Milli Məclisə seçkilərin uğurla keçirilməsi və yenidən Azərbaycan parlamentinin sədri seçilməsi münasibətilə Sahibə Qafarovanı təbrik edib. O, Azərbaycanın ölkəsi üçün çox mühüm və etibarlı tərəfdaş olduğunu və Qazaxıstanın Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirib. Bu istiqamətdə qanunverici orqanlarımız arasında əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb.

Milli Məclisin sədri Sahibə Qafarova təbriklərə görə minnətdarlığını bildirərək, Qazaxıstan Respublikası Parlamenti Senatının sədri ilə bundan əvvəl keçirdiyi görüşləri xatırladıb. O, bu görüşlərin və aparılan danışıqların qanunverici orqanlarımız arasında münasibətlərin dərinləşməsinə töhfə verdiyini bildirib. Spiker Sahibə Qafarova, xalqlarımızı ortaq tarix, mədəni və mənəvi dəyərlərin birləşdirdiyini, müstəqillik illərində isə ölkələrimiz arasında münasibətlərin daha da dərinləşdiyini ifadə edib. O, əlaqələrin hazırki yüksək səviyyədə olmasında dövlət başçılarımızın qarşılıqlı fəaliyyətinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd olunub ki, dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə böyük töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir.
Görüşdə son illərdə parlament rəhbərləri səviyyəsində həyata keçirilən mütəmadi qarşılıqlı səfərlərin və görüşlərin əlaqələrin inkişafına xüsusi töhfəsi qeyd olunaraq, hər iki ölkənin parlamentlərində mövcud olan dostluq qruplarının fəaliyyəti də müsbət qiymətləndirilib. Bildirilib ki, deputatların qarşılıqlı səfərləri, nüfuzlu beynəlxalq parlament təşkilatlarında mütəmadi görüşlərin keçirilməsi əlaqələrimizin daha da inkişafı və tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından əhəmiyyətlidir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Geri dön