Ana Sayfa > Özəl > Şəhid Teymurlu Orxan Şaiq oğlunun dördüncü ildönümü münasibətilə məzarı ziyarət olundu

Şəhid Teymurlu Orxan Şaiq oğlunun dördüncü ildönümü münasibətilə məzarı ziyarət olundu


Bu gün, 15:46. Yazar: sevinc1
Şəhid Teymurlu Orxan Şaiq oğlunun dördüncü ildönümü münasibətilə  məzarı ziyarət olundu

aia.az xəbər verir ki, 11.10.2024-cü il tarixdə 44 günlük Vətən müharibəsində Şəhid olan Gədəbəy rayonunun Fərzalı kənd sakini Teymurlu Orxan Şaiq oğlunun dördüncü ildönümü münasibətilə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, Gədəbəy rayon RİH Başçısı aparatının məsul işçiləri, Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Bayramov, Gədəbəy şəhər Cümə məscidinin imamı Rövşən Mustafayev və kənd camaatının iştirakı ilə məzarı ziyarət olundu, ruhuna dualar oxundu, əziz xatirəsi böyük ehtiramla yad edildi.

Şəhid atası dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə,Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.

Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!
Geri dön