Ana Sayfa > Manşet / Özəl > Novruz Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti Türk dövlətlərinə üzv olan ölkələrin tədbirində

Novruz Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti Türk dövlətlərinə üzv olan ölkələrin tədbirində


11-10-2024, 10:08. Yazar: sevinc1
Novruz Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti Türk dövlətlərinə üzv olan ölkələrin tədbirində

2024-cü il oktyabrın 10-da Qırğızıstanın Bişkek şəhərində Türk dövlətlərinə üzv olan ölkələrin əməkdaşlıq şəbəkəsinin yaradılması məqsədilə mühüm bir tədbir keçirilib. Bu tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti, millət vəkili Novruz Aslanov və icraçı katib Ceyhun Mirzəyev iştirak ediblər. Tədbirin əsas məqsədi Türk dövlətləri və onların milli cəmiyyətləri arasında humanitar sahədə əməkdaşlığın gücləndirilməsi, gələcək perspektivlərin təhlili və qarşılıqlı dəstək imkanlarının genişləndirilməsi olub. AzQAC bu sahədə ikitərəfli əməkdaşlığa xüsusi diqqət yetirərək, digər Türk dövlətlərinin milli cəmiyyətləri ilə daha sıx əlaqələrin qurulmasını hədəfləyir. Tədbir zamanı birgə fəaliyyət planları müzakirə olunub. Bu əməkdaşlıq vasitəsilə zəruri humanitar yardımların çevik olaraq təyinatı üzrə çatdırılması, fəlakətlərin idarə edilməsi, fövqəladə hallara cavabvermə imkanları və təcili yardım xidmətlərinin effektivliyinin artırılması istiqamətində gələcək addımlar haqqında müzakirələr aparılıb.
Novruz Aslanov iştirak edən milli cəmiyyətlərin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib, əməkdaşlıq şəbəkəsinin yaradılmasını zərurətdən yaranan məsələ olduğunu bildirib. Mövcud problemlərin həlli barədə fikir mübadiləsi aparılıb.

aia.az
Geri dön