Ana Sayfa > Dünya > Təbiətdə vəhşi heyvanların sayı əhəmiyyətli dərəcədə azalıb

Təbiətdə vəhşi heyvanların sayı əhəmiyyətli dərəcədə azalıb


Bu gün, 07:57. Yazar: sevinc1
Təbiətdə vəhşi heyvanların sayı əhəmiyyətli dərəcədə azalıb

Yarım əsr ərzində vəhşi heyvanların sayı 73% azalıb və geri dönüşü olmayan həddə yaxınlaşıb.

aia.az xəbər verir ki, bu barədə London Zooloji Cəmiyyəti məlumat yayıb.

Elmi jurnallar, QHT nəşrləri və digər etibarlı mənbələrdən heyvan populyasiyası məlumatlarından istifadə edərək, cəmiyyət 1970-ci ildən 2020-ci ilə qədər 5500-ə yaxın vəhşi heyvan növlərinin populyasiya vəziyyətini təhlil edib.

Mövcud məlumatlara görə, vəhşi heyvanlarla bağlı vəziyyət ən pis Latın Amerikası və Karib hövzəsindədir - 50 il ərzində heyvanların azalması 95% təşkil edib.

Qeyd olunub ki, vəhşi heyvanların sayı Afrikada 76%, Asiya və Sakit Okean regionunda 60%, Şimali Amerikada 39%, Avropada 35% azalıb.

Alimlər hesab edirlər ki, bu tendensiya qarşıdakı illərdə qlobal istiləşmə, bir çox növlərin təbii yaşayış mühitinin məhv edilməsi, çirklənmə və insan fəaliyyəti nəticəsində yaranan digər proseslər səbəbindən daha da güclənə bilər.

aia.az
Geri dön