Ana Sayfa > Şou-biznes > Elza Seyidcahan Roza Zərgərlini məhkəməyə verdi
Elza Seyidcahan Roza Zərgərlini məhkəməyə verdi10-10-2024, 17:15. Yazar: sevinc1 |
Əməkdar artist Elza Seyidcahan müğənni Roza Zərgərlini məhkəməyə verib. aia.az Modern.az-a istinadən xəbər verir ki, Seyidcahan xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib və Zərgərlinin ona böhtan atdığını bildirib. Roza haqqında iddia Cinayət Məcəlləsinin 147-ci (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) maddəsi üzrə icraata götürülüb. İclas 16 oktyabr saat 11:05-ə təyin edilib. İşə Yasamal rayon məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə baxılacaq. Xatırladaq ki, müğənni Roza Zərgərli bir neçə gün əvvəl Əməkdar artist Elza Seyidcahanla kadr arxasında yaşanan davasından danışıb. O, "Sözün düzü"ndə bildirib ki, 8 Mart Beynəlxalq Qadınlar Günündə Elza Seyidcahanı təbrik etsə də, xoşagəlməz cavab alıb: "Dedim ki, bayramdır, etibarsız dünyadır, pandemiya da hamımıza dərs oldu. Yanımda da şahidlər var, həmin müğənnilərdən soruşa bilərsiniz. Dedim ki, Elza xanım, sizi də, bacınızı da, nəvənizi də təbrik edirəm. Çılpaqlığı ilə desəm, biabırçılıq olacaq. Qayıtdı ki, mənimlə barışmaq istəyirsən? Dedi ki, öp əlimdən, barışaq. Oradakı çaydanı necə götürüb atdımsa, Allah üzümə baxdı ki, ona dəymədi. Çaydanı qaldırdım, Namiq əlimdən tutdu. Onda gözümü qan örtmüşdü. Şoka düşdüm. Bu adam nəvəsini yuxarı qaldırdı ki, çaydan uşağa dəysin. Oradakı sənət adamlarından soruşa bilərsiniz. Nə yalan deyim, söyüşlə danışdım. Qadın kimi, öz bayramımda səni qadın bilib xüsusi təbrik edirəm. Fikirləşirəm ki, bu soyuqluq burda bitsin. Deputat olurdun, nə oldu? İlhamə Quliyeva necə qarğış edibsə, tərpənə bilmirsən. O dünyada səni gözləyir". Geri dön |