Ana Sayfa > Özəl > Prezident İlham Əliyev: “Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib”.

Prezident İlham Əliyev: “Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib”.


Bu gün, 16:48. Yazar: sevinc1
Prezident İlham Əliyev: “Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib”.

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında bir daha bildirdi ki, möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf etdiriləcək
Qədim dostluq və mehriban qonşuluq ənənələrinə söykənən Rusiya-Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. Əlaqələrin inkişafı regional sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması, Cənubi Qafqazda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsi, xalqlarımızın əsaslı maraqlarının reallaşması üçün xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı İlham Əliyevin sözügedən səfəri çərçivəsində keçirdiyi görüşdə, həmçinin MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında da iki dost, müttəfiq ölkənin münasibətlərinin günəninə, bugününə və onların əsasında perspektivlərə işıq salındı. Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti ilə görüşündə «Dərhal qeyd etmək istərdim ki, münasibətlər müsbət inkişaf edir, biz bunu hələ Azərbaycana səfər zamanı bildirmişdik» söyləyən Vladimir Putin əlaqələrin inkişafında əsas amil olan iqtisadi vəziyyətə xüsusi diqqət göstərdi. Əmtəə dövriyyəsi 4 dəfədən çox artıb. 4,3 milyard dollardır. Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarımız dörd milyard dollardan çoxdur.
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 23-24-də Kazanda BRICS xətti ilə BRICS plyus-autriç tədbirlərində gözlədiyini bildirdi və bu əminliyi ifadə etdi ki, orada faydalı görüşlər keçiriləcək, bu təşkilatın iştirakçı ölkələrinin bütün liderləri ilə işləmək mümkün olacaq. 
Tarixi Zəfərimzdən sonra qarşılıqlı səfərlərə diqqət yetirəndə əsas müzakirə mövzularından birinin məhz şanlı Qələbəmizin yaratdığı reallıqlar diqqətdən kənarda qalmır. Onu da qeyd edək ki, Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixil üçtərəfli Bəyanatın iştirakçılarından biri Rusiya Prezidenti Vladimir Putin oldu. Onun təşəbbüsü və iştirakı ilə dəfələrlə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü olmuşdur.
 Rusiya və Azərbaycan dövlət başçıları hər zaman Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirir və bunun üçün zəruri tədbirlərin görüləcəyini diqqətə çatdırırlar. Hər bir səfərin önəmini nəzərə alsaq, bu ümumiləşdirməni apara bilərik ki, Prezident İlham Əliyevin Rusiyaya səfəri və Prezident Vladimir Putinlə görüşü iki ölkə arasında bütün sahələr üzrə məhsuldar əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edəcək.
Dövlətimizin başçısı İlham Əliyev möhkəm təmələ söykənən münasibətlərimizdən geniş bəhs edərək bu fikri xüsusi qeyd etdi ki, biz yaxşı bilirik ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Putin və Heydər Əliyev qoyublar. Vladimir Putin 2001-ci ildə Azərbaycana səfər etdi və bu, bu gün birlikdə keçdiyimiz böyük yolun başlanğıcı olub. Əlbəttə, Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır. 
İki dost, müttəfiq ölkənin münasibətlərinin dünəninə qısa nəzər salaq. 1997-ci ildə imzalanan "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə" ikitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəddir. 2002-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri zamanı “Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə" Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qaldırdı. Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Rusiya ilə münasibətlərimizin inkişafına xüsusi diqqət göstərir.
Ölkə Prezdienti bu mühüm məqamı xüsusi qeyd etdi ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib.
Diqqət göstərilən məsələlərdən biri də MDB dövlət başçılarının İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı müraciətinin qəbul edilməsi oldu. Cənab İlham Əliyev qeyd etdi ki, Azərbaycan ümumi Qələbəmizə sanballı töhfə verib. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir. Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur “Katyuşalar”, “Yak-3” qırıcıları istehsal edilirdi.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü

Geri dön