Ana Sayfa > Təhsil > Bakının məşhur məktəbinə direktor təyin olundu

Bakının məşhur məktəbinə direktor təyin olundu


Bu gün, 15:34. Yazar: sevinc1
Bakının məşhur məktəbinə direktor təyin olundu

132-134 nömrəli Təhsil Kompleksinə direktor təyin edilib.

aia.az-a bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, müvafiq əmrə əsasən, Aygün Mikayılova 132-134 nömrəli Təhsil Kompleksinə direktor təyin edilib.

Qeyd edək ki, A. Mikayılova 1996-cı ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi fakültəsini bitirib.

2015-2018-ci illərdə Bakı Avropa Liseyində direktor, 2018-2024-cü illərdə isə H.Əliyev adına Müasir Təhsil Kompleksində icraçı direktor vəzifəsində çalışıb.

Qeyd edək ki, Aygün Mikayılova 2008-ci ildə "Əməkdar müəllim" adına layiq görülüb.
Geri dön