Ana Sayfa > Gündəm > "50 vakant ştat vahidi üzrə 300-dən artıq namizəd qüvvəsini sınayır" -
"50 vakant ştat vahidi üzrə 300-dən artıq namizəd qüvvəsini sınayır" -10-10-2024, 11:43. Yazar: sevinc1 |
"İndiyədək işə qəbulla bağlı keçirilmiş 25 müsabiqədə uğur qazanmış 1203 hüquqşünas prokurorluq işçilərinin 89,1% faizini təşkil edir". aia.az xəbər verir ki, bunu Baş prokurorun müavini Heydər Məmmədov jurnalistlərə açıqlamasında deyib. H.Məmmədov bildirib ki, hazırda müsahibənin - I mərhələsi, yəni test mərhələsi keçirilir. "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə həyata keçirilən bu test mərhələsində, prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan 300-dən artıq namizəd iştirak edir. "Azərbaycan Respublikasının prokurorluq orqanlarında işə qəbulla bağlı imtahanlar ilk dəfə ulu öndər Heydər Əliyevin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə əsasən keçirilib. 2002-ci ildən etibarən artıq 25 müsabiqə təşkil edilib. Bu müsabiqələrdə uğur qazanan 1203 gənc hüquqşünas prokurorluq orqanlarında işə qəbul olunub. Hazırda onlar prokurorluq əməkdaşlarının 89,1 faizini təşkil edir" - deyə o, əlavə edib. “Sevindirici haldır ki, hazırda müsabiqə yolu ilə qulluğa qəbul olunmuş işçilərin bir çoxu yuxarı təsnifat vəzifələrə irəli çəkilib, o cümlədən 169 nəfər hazırda müstəqil rayon və şəhər prokuroru kimi və müstəqil struktur qurumların rəhbəri kimi fəaliyyət göstərir və onlardan bir neçəsi xüsusi ali rütbə alıb” - deyə H.Məmmədov əlavə edib. aia.az Geri dön |