Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Qadın və uşaqlardan ibarət soyğunçu dəstə tutuldu

Qadın və uşaqlardan ibarət soyğunçu dəstə tutuldu


15-09-2015, 12:19. Yazar: admin



Bakıda soyğunçu dəstə aşkar edilib

Dəstənin üzvləri arasında uşaq və qadın da var.

Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) verilən məlumata görə, sentyabrın 14-də saat 01 radələrində 20 Yanvar küçəsində Bərdə rayon sakini 1977-ci il təvəllüdlü Sənan Məmmədovu döyərək 300 manat pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə talayıblar.

Nəsimi RPİ 19-cu PB, PPXB və ÇPA əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini, 1990-cı il təvəllüdlü Asdan Nəriman oğlu Kərimov, Sabirabad rayon sakini 1993-cü il təvəllüdlü Şahin Rahib oğlu Muradov, 2000-ci il təvəllüdlü Ağsu rayon sakini Tacir Şahin oğlu Rəhimov və Bakı şəhər sakini Rəqsanə Elşən qızı Quliyeva müəyyən olunaraq tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci maddəsi (Soyğunçuluq) ilə cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Geri dön