Ana Sayfa > Ölkə > İsmayıllıda qanunsuz ağac kəsən 8 nəfər saxlanıldı

İsmayıllıda qanunsuz ağac kəsən 8 nəfər saxlanıldı


Bu gün, 09:00. Yazar: sevinc1
İsmayıllıda qanunsuz ağac kəsən 8 nəfər saxlanıldı

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə İvanovka və Qalacıq kəndlərindəki meşə massivlərində ağacların naməlum şəxslər tərəfindən qanunsuz kəsilməsi faktları aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan aia.az-a verilən məlumata görə, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birgə əraziyə baxış keçirilib və əməli törədən 8 nəfər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

aia.az
Geri dön