Ana Sayfa > İdman > Şimali İrlandiya - Azərbaycan oyununun hakimləri açıqlandı

Şimali İrlandiya - Azərbaycan oyununun hakimləri açıqlandı


Bu gün, 12:33. Yazar: sevinc1
Şimali İrlandiya - Azərbaycan oyununun hakimləri açıqlandı

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində oktyabrın 12-də, Bakı vaxtı ilə saat 18:00-da Ballimena şəhərində yerləşən “The Showgrounds” stadionunda keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyununun hakim təyinatları açıqlanıb.

aia.az AFFA-nın mətbuat xidmərinə istinadən xəbər verir ki, qarşılaşmanı Farer adalarından olan hakimlər briqadası idarə edəcək:

12 oktyabr

Şimali İrlandiya U-21 - Azərbaycan U-21

The Showgrounds. Saat 18:00

Baş hakim: Heini Ziskason Viðoy

Baş hakimin köməkçiləri: Dan Petur Pauli Højgaard, Jan Hermansen

Dördüncü hakim: Bjarki Danielsen

(Hakimlər briqadası Farer adalarındandır)

aia.az
Geri dön