Ana Sayfa > Manşet / Siyasət > Baydenin müşaviri Azərbaycanda

Baydenin müşaviri Azərbaycanda


Bu gün, 12:24. Yazar: sevinc1
Baydenin müşaviri Azərbaycanda

ABŞ Prezidenti Cozef Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta Azərbaycanda səfərdədir.

aia.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsində paylaşım edilib.

“Mən COP-dan (PreCOP) əvvəl görüşlər keçirmək və iki ölkə arasında ən mühüm iqlim məsələlərində əməkdaşlığı gücləndirmək üçün Azərbaycana gəlmiş ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podestanı ürəkdən salamlayıram”, - paylaşımda ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin sözləri sitat gətirilir.

aia.az
Geri dön