Ana Sayfa > Dünya > Stoltenberq Münxen Təhlükəsizlik Konfransının sədri olacaq

Stoltenberq Münxen Təhlükəsizlik Konfransının sədri olacaq


Bu gün, 17:47. Yazar: sevinc1
Stoltenberq Münxen Təhlükəsizlik Konfransının sədri olacaq

NATO-nun sabiq baş katibi Yens Stoltenberq Münxen Təhlükəsizlik Konfransının növbəti sədri olacaq.

aia.az xəbər verir ki, bu barədə forumun yaydığı bəyanatda deyilir. Yens Stoltenberqin 2025-ci ilin fevralında keçiriləcək 61-ci konfransdan sonra vəzifəsinin icrasına başlayacağı bildirilir.

“Mən bütün siyasi həyatımı sülhün qorunmasına həsr etmişəm. Münxen Təhlükəsizlik Konfransının sədri olmaq və onun “Dialoq vasitəsilə sülh” missiyasına töhfə vermək mənim üçün böyük şərəfdir”, - forumun mətbuat üçün açıqlamasında NATO-nun sabiq baş katibinin bu sözləri sitat gətirilib. /Azərtac

aia.az
Geri dön