Ana Sayfa > Özəl > Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük

Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük


Bu gün, 16:10. Yazar: sevinc1
Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük

Üç il əvvəl İlham Əliyev cənabları tərəfindən Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edilməsi və böyük sənətkarın abidəsinin ucaldılması üçün Sərəncam imzalanmışdı.İndi həmin Sərəncamın tələbləri həyata keçirildi.Bakının ən baxımlı yelərindən birində böyük sənətkarın heykəli ucaldılıb.
Aşıq Ələsgər Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, yaratmışdır və ömrünün son illərində öz doğma yurdunu tərk etməyə məcbur olmuşdur. O vaxt onun 97 yaşı var idi, 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından - Qərbi Azərbaycandan birinci deportasiyası idi . Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğma Vətən, doğma torpaq onu yenə də Göyçə mahalına çəkirdi, baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmir. Amma onun Vətən sevgisi, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üç ildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonra orada vəfat etmişdir.
Aşıq Ələsgərin apardığı məclislərin sorağı hər tərəfə yayılmış, o, Göyçə ilə yanaşı, İrəvan, Naxçıvan, Qazax, Qarabağ, Gəncə, Kəlbəcər və digər yerlərə toy, şadlıq məclislərinə dəvət edilmişdir. Aşıq sazı, sözü, ədəb-ərkanı ilə el-oba içində ustad sənətkar kimi böyük şöhrət qazanmışdır. Erməni daşnaklarının Göyçə mahalında törətdiyi qırğın nəticəsində Aşıq Ələsgər ailəsi ilə birlikdə Kəlbəcərin Yanşaq kəndinə, oradan da Tərtərə köçmüşdür. . Aşığın yaradıcılığının bir qismini cəmiyyətdəki nöqsanları, ədalətsizliyi, istismarı tənqid edən ictimai motivli şeirlər təşkil edir.Aşıq Ələskərin əsərlərində həyatın bərkini-boşunu görmüş müdrik aşıq zəmanəsində müşahidə etdiyi nöqsanlara, zülm və haqsızlığa, özbaşınalığa kəskin tənqidi münasibətini bildirir. Bu böyük el sənətkarı aşıq şeirinin, demək olar, bütün janrlarına müraciət etmiş və hər birində böyük uğur qazanmışdır.
Ulu Öndərin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi qeyd edilmişdir. Yubiley münasibətilə doğma Ağkilsə kəndində onun abidəsi ucaldılmışdır. Xalqımız deportasiyaya məruz qalanda erməni vandalları onun abidəsini dağıtmışdılar. Necə ki, indi biz hamımız bunu görürük. Qarabağda, Şərqi Zəngəzurda bizim tarixi abidələrimiz, görkəmli şəxsiyyətlərin abidələri, məscidlərimiz, saraylarımız, qəbiristanlıqlarımız erməni vandalları tərəfindən dağıdılmışdı. Bu praktika yeni deyil, əsrlər boyu bütün dünyanın gözü qarşısında bizə qarşı bu ədalətsizlik, bu vəhşilik törədilirdi.
Azərbaycan xalqı XX əsrdə üç deportasiya dalğasına məruz qalmışdır - 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmışdır.Yenə də ümid edirik ki,Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar.
Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər.Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar.
Azərbaycan Prezidenti İlham Əliyev cənabları Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında çıxış edərək qeyd etmişdir-" Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra edilir.
Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, gün gələcək Azərbaycan xalqı Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edərək Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəkdir.

Kamil Sultanov ,
YAP Qusar rayon təşkilatının məsləhətçisi .
Geri dön