Ana Sayfa > Özəl > “Mirage 2000” qırıcılarının Ukraynaya çatdırılma tarixi açıqlanıb

“Mirage 2000” qırıcılarının Ukraynaya çatdırılma tarixi açıqlanıb


Bu gün, 12:17. Yazar: sevinc1
“Mirage 2000” qırıcılarının Ukraynaya çatdırılma tarixi açıqlanıb

Fransa 2025-ci ilin yanvar-mart aylarında Kiyevə yeni silahlarla təchiz edilmiş “Mirage 2000” qırıcılarını tədarük edəcək. Bu barədə Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornu sosial şəbəkədəki hesabında yazıb.“Mirage 2000 qırıcılarının Ukraynaya çatdırılması 2025-ci ilin birinci rübündə planlaşdırılır. Onlar yeni havadan-yerə silahlar və elektron döyüş sistemləri ilə təchiz olunacaqlar”.
Bundan əvvəl Fransanın müdafiə naziri Rusiyanı ölkə üçün əsas təhlükə adlandırmışdı. O hesab edir ki, Rusiya Ukrayna böhranı fonunda strategiyasını dəyişib, “baxmayaraq ki, bir çox fiqurlar, o cümlədən siyasilər bunu başa düşmədilər”və indi Afrikada fransız maraqlarına qarşı çıxır, həm də guya informasiya müharibəsi aparır.

Eyni zamanda Fransa prezidenti Emmanuel Makron qeyd edib ki, Rusiya müdafiə xəttini yarıb keçərsə və belə bir tələb Kiyevdən gələrsə, o, Ukraynaya qoşun yeridəcəyini istisna etmir.

aia.az
Tərcümə şöbəsi
Geri dön