Ana Sayfa > Karusel / Parlament > Deputat Azərbaycana qarşı qərəzli olanlardan danışdı

Deputat Azərbaycana qarşı qərəzli olanlardan danışdı


8-10-2024, 11:45. Yazar: sevinc1
Deputat Azərbaycana qarşı qərəzli olanlardan danışdı

"Azərbaycan beynəlxalq hüququn pozulmasına görə ən çox əziyyət çəkən ölkədir".

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, BMT-yə üzv olan ölkələr beynəlxalq hüququn təmin edilməsi öhdəliyini öz üzərinə götürsələr də, bəzi ölkələr Ermənistanın Azərbaycana qarşı törətdikləri cinayətlərə səssiz qaldı.

"Ölkəmizə qarşı çirkin niyyəti olanlara qarşı ciddi addımlar atmağa çağırıram", - deyə Azər Badamov bildirib.

aia.az
Geri dön