Ana Sayfa > Özəl > Gün gələcək Aşıq Ələsgərin abidəsi yurdunda da ucalacaq

Gün gələcək Aşıq Ələsgərin abidəsi yurdunda da ucalacaq


Bu gün, 08:42. Yazar: sevinc1
Gün gələcək  Aşıq Ələsgərin  abidəsi  yurdunda da ucalacaq

Aşıq Ələsgərin sağlığında az qala əfsanələşməsi şəxsiyyətinə, yaradıcılığına olan böyük sayğıdan irəli gəlir. Ələsgərin doğulub boya-başa çatdığı torpaq əzəli türk məskəni olan Azərbaycandır. Bu gün həmin torpaqlar murdar ermənilərin tapdağı altındadır: Şübhəsiz ki, təbiəti zəngin olan həmin torpaq, yəni ki, dağlı-daşlı, çaylı, əngin səmalı, bulaqlı Göyçə Ələsgərin fitrətinin inkişaf etməsində əvəzsiz rol oynayıb. Aşıq Ələsgərin irsini topladıqca və araşdırdıqca həmin dövrü, eləcə də Azərbaycan aşıq sənətinin tarixini, ondan sonrakı aşıq mühitini diqqətlə araşdıranda bu həqiqətlər daha aydın görünür. Aşıq kimi onun misli-bərabəri yoxdur. Həmçinin də əvəzsiz ifaçı olub. Burada onun şairliyinin də başqalarından tamamilə fərqli olduğunu görmək mümkündür. Bir şəxsiyyət olaraq Aşıq Ələsgərdə elə keyfiyyətlər var ki, bunu ancaq övliyalarda görmək mümkündür. Aşıq Ələsgər üz-üzə söhbət elədiyi adamın ürəyindən keçənləri, yaşadığı ərazidən kənarda baş verəcək hadisələri əvvəlcədən duyurmuş. Şeirlərini bədahətən deyərmiş. Onun alqışı da, qarğışı da təsirsiz ötüşməzmiş. Hansısa işdən narazı qalsaydı, o iş baş tutmazmış.  Aşıq Ələsgərin irsini topladıqca və araşdırdıqca həmin dövrü, eləcə də Azərbaycan aşıq sənətinin tarixini, ondan sonrakı aşıq mühitini diqqətlə öyrənməlisən. Aşıq Ələsgər Azərbaycanın böyük şəxsiyyətlərindən biridir. Aşıq kimi onun misli-bərabəri yoxdur. Həmçinin də əvəzsiz ifaçı olub. Burada onun şairliyinin də başqalarından tamamilə fərqli olduğunu görmək mümkündür. Bir şəxsiyyət olaraq Aşıq Ələsgərdə elə keyfiyyətlər var ki, bunu ancaq övliyalarda görmək mümkündür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında deyib ki, “İşğal dövründə çoxsaylı xarici nümayəndələrlə görüşlər əsnasında mən bu barədə artıq bir neçə dəfə demişəm. Belə fikirlər eşidirdim ki, reallıqlarla barışmaq lazımdır, Qarabağ artıq əldən gedib, Ermənistanla barışmaq lazımdır, gənc nəsli sülhə hazırlamaq lazımdır. Bu münaqişənin hərbi həlli yoxdur və digər fikirlər səsləndirilirdi. Bəzi hallarda bu fikirləri səsləndirənlər bəlkə də səmimi idilər, bəzi hallarda bizi yolumuzdan döndərmək, bizə bədbinlik duyğuları aşılamaq üçün edirdilər. Həyat və reallıq onu göstərir ki, hər şey bizim əlimizdədir. Həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr, yəni, bir il göstərdi ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz. Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi, suverenliyimizin tam bərpa olunması, - mən bunu bilirəm, - Qərbi azərbaycanlılarda da bu nikbinlik hisslərini, fikirlərini, ümidlərini daha da artırmışdır. Hətta işğal dövründə, 10 il, bəlkə də ondan da qabaq mən bəzi çıxışlarımda Qərbi Azərbaycanla bağlı fikirlərimi səsləndirirdim” Qarabağın işğalı dövründə bəzi hallarda hər birimiz məyusluq və inamsızlıq hissləri yaşamışıq. Hər birimizin qəlbini incidən bu ədalətsizlik bizə sanki əbədi olacaq kimi gəlirdi. Amma o fikirləri biz özümüzdən hər zaman uzaqlaşdırırdıq, inamla yaşayırdıq və onu da bilirdik ki, ədaləti bərpa etmək bizim öz işimiz olmalıdır, heç kim bizim əvəzimizə bu ədaləti bərpa etməyəcək, heç kimin belə niyyəti də, istəyi də olmamışdır. Xalq-iqtidar birliyi. Həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr, yəni, bir il göstərdi ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik. Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir.


Bəxtiyar Mustafayev ,

YAP Mingəçevir şəhər təşkilatının sədri 

Geri dön