Ana Sayfa > Özəl > İndoneziyada köpək balığının mədəsində turistin cəsədi tapılıb

İndoneziyada köpək balığının mədəsində turistin cəsədi tapılıb


7-10-2024, 20:50. Yazar: sevinc1
İndoneziyada köpək balığının mədəsində turistin cəsədi tapılıb

İndoneziyada balıqçılar əvvəllər itkin düşmüş 68 yaşlı amerikalı qadının cəsədini köpək balığının mədəsində tapıblar. Bu barədə The Sun xəbər verir.Nəşr qeyd edib ki, turist sentyabrın 26-da Pulau Reonq adasında dalğıc turu zamanı güclü axın onu apardıqdan sonra yoxa çıxıb. Onun axtarışları səkkiz gün davam etdi, lakin daha sonra dənizdəki təhlükəli şəraitə görə dayandırıldı.

“Tutulan köpəkbalığında nəsə səhv olub. Mən elə bildim ki, o, plastik və ya balıq torunu udub. Səbəbini anlamaq üçün onu kəsdik və içəridə qadının qalıqlarını tapdıq”, – deyə balıqçı mətndə sitat gətirir.
Aşkar edilən qalıqların hələ də qara su paltarı geyindiyi qeyd edilir.

aia.az
Tərcümə şöbəsi
Geri dön