Ana Sayfa > Ölkə > Laçın MDB-nin mədəniyyət paytaxtı olacaq
Laçın MDB-nin mədəniyyət paytaxtı olacaq7-10-2024, 20:25. Yazar: sevinc1 |
Azərbaycanın Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı statusunu alacaq. aia.az xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə deyib. Onun sözlərinə görə, MDB liderlərinin Moskva sammitində humanitar məsələlər bloku çərçivəsində Azərbaycanın Laçın şəhərinə 2025-cı ildə, Ermənistanın Mehri şəhərinə 2026-ci ildə, Belarusun Molodeçno şəhərinə isə 2027-ci ildə birliyin mədəniyyət paytaxtı statusunun verilməsi ilə bağlı qərar layihələrini nəzərdən keçiriləcək. Qeyd edək ki, 2024-cü ildə Özbəkistanın Səmərqənd şəhəri MDB-nin mədəniyyət paytaxtı statusuna layiq görülüb. Geri dön |