Ana Sayfa > Özəl > Mənfur düşmən 30 il ərzində bu əraziləri ancaq dağıdıb

Mənfur düşmən 30 il ərzində bu əraziləri ancaq dağıdıb


Bu gün, 16:45. Yazar: sevinc1
Mənfur düşmən 30 il ərzində bu əraziləri ancaq dağıdıb

Ermənistanın silahlı təcavüzü və 20 faiz Azərbaycan ərazisinin işğalı nəticəsində on minlərlə Azərbaycan vətəndaşı həlak olmuş, güllə və qəlpə yaraları nəticəsində müxtəlif dərəcəli əlilə çevrilmiş və şikəst olmuşdur. Bununla yanaşı, təcavüz nəticəsində yüz minlərlə vətəndaş doğma yurdundan didərgin düşərək öz hüquq və azadlıqlarından məhrum edilmiş, məcburi köçkün halına düşmüş, ölkədə fövqəladə humanitar vəziyyət yaranmış, minlərlə azərbaycanlı indiyədək hələ də itkin düşmüş hesab edilir. Təcavüzün nəticələri heç bir Azərbaycan ailəsindən təsirsiz ötüşməmiş, demək olar ki, hər bir Azərbaycan ailəsinin üzvü Dağlıq Qarabağ müharibəsinin qurbanına çevrilmişdir. Belə bir şəraitdə, ölkədə yaranmış psixoloji və mənəvi durumu hər hansı bir meyar ilə qiymətləndirmək qeyri-mümkündür.
Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərər çox böyükdür. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı ölkədə ağır humanitar böhran vəziyyətinin yaranması, çoxsaylı sosial-iqtisadi obyektlərin məhv edilməsi və ölkə iqtisadiyyatına ciddi ziyanların vurulması ilə yanaşı, Azərbaycan xalqının tarixi, maddi mədəniyyət abidələrinə də ağır zərər vurulmuşdur. Əfsuslar olsun ki, bu abidələrin dağıdılaraq məhv edilməsi nəticəsində Azərbaycan xalqına dəymiş mənəvi zərərin miqyasını təyin etmək praktiki olaraq mümkün deyildir. Belə ki, talan olunmuş və məhv edilmiş mədəni-tarixi abidələr təkcə Azərbaycanın yox, həm də dünya sivilizasiyasının çox dəyərli mədəniyyət nümunələri idi.
Ermənistan dövlətinin və erməni diasporasının maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardıqları terror müharibəsi 1980-ci illərdən başlayaraq ardıcıl xarakter almışdır. Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatlar keçirərək azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan həlak olmuşdur.
1987-ci ilin sonunda Ermənistan açıq şəkildə Azərbaycanın Qarabağ bölgəsinə iddia qaldırdı. Bu iddialardan öncə Ermənistanın təhriki ilə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, eləcə də Ermənistanda yaşayan azərbaycanlılara qarşı mülki şəxslərin ölümü, azərbaycanlı qaçqın və məcburi köçkünlərin axını ilə nəticələnmiş hücumlar baş vermişdir. Ərazi iddialarının irəli sürülməsindən qısa bir müddət sonra, 250.000-dən çox azərbaycanlı Ermənistandan qovuldu.
Hərbi kampaniya dövründə Ermənistan silahlı qüvvələri hərbi və mülki şəxslər arasında heç bir fərq qoymadan işğal etdikləri rayon və şəhərlərdə dinc azərbaycanlı əhalini amansızlıqla qətlə yetirib. Azərbaycanlılar etnik təmizləməyə və soyqırımına məruz qalıblar. Ermənistanın hərbi-siyasi rəhbərliyi Əsgəranın Meşəli kəndində, Şuşanın Malıbəyli və Quşçular kəndlərində, Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində və digər yerlərdə dinc əhalinin amansız şəkildə sistematik və kütləvi qırğınını, soyqırımını törətməklə, Dağlıq Qarabağda yaşayan azərbaycanlı mülki əhalinin bir hissəsini fiziki cəhətdən məhv etmək, qalan hissəsinin isə müqavimət əzmini qırıb regionu onlardan təmizləmək məqsədi güdürdü.
Respublikamızın çoxsaylı maddi-mə¬dəni nümunələri, o cümlədən 44 dini mə¬bəd, 18 məscid qəddarcasına dağıdılıb. İşğal altında qalan ərazilərdə 12 muzey və 6 şəkil qalereyası, tarixi əhəmiyyətli 9 saray yerlə bir edilib, 40 min tarixi-etnoq¬rafik əhəmiyyətə malik eksponat işğalçı ölkəyə daşınıb. 927 kitabxanada 4 milyon 600 min nüsxə kitab və xüsusi əhəmiy¬yətli əlyazma nümunələri yandırılıb.
Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sənaye və kənd təsərrüfatı obyektləri də tama¬milə sıradan çıxarılıb. Əkin sahələrinin müəyyən hissəsi işğalçı tərəfindən əki¬lib-becərilərək əldə olunan məhsul he-sabına qazanılan böyük həcmdə vəsait mənimsənilib. Beynəlxalq Qiymətlən-diricilər Assosiasiyasının hesablama¬larına əsasən, (mal və mülkün bazar iqtisadiyyatına uyğun olaraq qiymət¬lərin müntəzəm şəkildə dəyişilməsinə baxmayaraq) Azərbaycan iqtisadiyya¬tına 300 milyard ABŞ dollarından çox maddi ziyan vurulub.
Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan topraqlarında xalqımızın milli-mədəni irsi, mədəni abidələri, məscidlər və ibadət evləri dağıdılıb, talan edilıb, hətta qəbir daşlarını belə yerindən çıxarılıb. Bu vandalizm aktları azad olunan ərazilərin video və fotogörüntülərində aydın əksini tapıb.
BBC-nin Kəlbəcərdən nümayiş etdirdiyi videomaterial və digər faktlar da sübut edir ki, ermənilər təkcə işğal olunmuş ərazilərdə milli-mədəni, dini abidələri, qəbirləri dağıtmayıb, həm də meşələri yandıraraq, su hövzələrinə zərər verməklə ekoloji fəlakət yaradırlar.
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 20 min azərbaycanlı həlak olub, 4 min 866 nəfər itkin düşüb, 100 min nəfər yaralanıb, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq əlilə çevrilib.

Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini

Geri dön