Ana Sayfa > Manşet / Gündəm > Həyat yoldaşını və 8 aylıq körpəsini öldürən şəxsə ömürlük həbs cəzası verildi
Həyat yoldaşını və 8 aylıq körpəsini öldürən şəxsə ömürlük həbs cəzası verildi7-10-2024, 15:02. Yazar: sevinc1 |
Həyat yoldaşı və 8 aylıq körpəsini öldürməkdə təqsirləndirilən Fərid Hüseynlinin məhkəməsi davam etdirilib. "Unikal"ın məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən onlayn prosesdə təqsirləndirilən şəxs Fərid Hüseynli son söz deyib. Daha sonra son söz demək üçün Fərid Hüseynliyə söz verilib. O bildirib ki, hadisəni namus üstündə törədib: "Mən namusumu təmizlədim. Ancaq özümü 8 aylıq körpəmi qətlə yetirmək epizodunda özümü təqsirli bilmirəm". Daha sonra məhkəmə hökmü elan etmək üçün müşavirə gedib. Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edib. Hökmə əsasən Fərid Hüseynli ömürlük azadlıqdan məhrum edilib. Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Samir Məmmədov ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum edilməsini istəyib. Qeyd edək ki, hadisə ötən ilin iyununda Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Hüseynli Fərid Firdövsü oğlu 2003-cü il təvəllüdlü həyat yoldaşı İbadova Leyla Əlişan qızına və 8 aylıq körpəsinə kəsici-deşici alətlə xəsarət yetirərək öldürməkdə ittiham olunur. Daha sonra o, özünə xəsarət yetirib və xəstəxanaya yerləşdirilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Xatırladaq ki, L.Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi olub. aia.az Geri dön |