Ana Sayfa > Gündəm > Aşıq Əli Masallıda yol polisi ilə qalmaqal yaranmasına münasibət bildirdi: “Bu təxribatdır”
Aşıq Əli Masallıda yol polisi ilə qalmaqal yaranmasına münasibət bildirdi: “Bu təxribatdır”15-12-2016, 21:33. Yazar: Sevinc |
Aşıq Əli Tapdıqoğlu bir neçə gün öncə Masallı rayonunda yol polisi ilə ilə aralarında qalmaqal yaranması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Ə.Tapdıqoğlu açıqlamasında bildirib ki, məlumatlar həqiqəti əks etdirmir: "Dövlət Yol Polisi əməkdaşları ilə normal münasibətim var və onlar mənə sənətkar kimi hörmət edirlər. Bu hörmət qarışılıqlıdır. Lakin bəzi şəxslər bizim bu münasibətimizdən qıcıqlanır, ajiotaj yaratmaq istəyir. Ona görə də tez-tez belə məlumatlar yayıb mənim fəaliyyətimə kölgə salmaq istəyirlər. Müğənni Xatirə İslam ilə Masallı rayonunda bir neçə gün əvvəl tədbirdə olmuşuq. Yol polisi əməkdaşları yolda bizi saxlamayıblar, heç kimlə mübahisə olmayıb və mən iş adamı Ramazan Zeynalova zəng vurmamışam. Ramazan Zeynalovla yaxın münasibətim yoxdur. O tanınmış ziyalı və iş adamıdır. Qiyabi tanıdığım və şəxsiyyətinə hörmət etdiyim ağsaqqalımızdır. Bu həm mənə, həm də iş adamı Ramazan Zeynalova qarşı düşünülmüş təxribatdır". Qeyd edək ki, Masallıda yerləşən "Viləş" otelində təşkil edilən əyləncəli proqramda iştirak etmək üçün rayona gələn müğənni Xatirə İslam və Aşıq Əlinin yol hərəkəti qaydalarını pozduğu üçün rayon yol patrul xidmətinin Vasif Ələsgərov adlı əməkdaşı tərəfindən saxlanması, Aşıq Əlinin polisin qanuni tələbinə əməl etməyərək YPX əməkdaşını hədələməsi, daha sonra "Viləş" otelinin sahibi Ramazan Zeynalova zəng etməsi və iş adamının hadisə yerinə gələrək yol patrul xidmətinin əməkdaşı V.Ələsgərovu təhqir etməsi barədə məlumat yayılıb. Geri dön |