Ana Sayfa > Siyasət > Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin xüsusi elçisi və əlaqələndiricisini qəbul edib - FOTO

Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin xüsusi elçisi və əlaqələndiricisini qəbul edib - FOTO


15-12-2016, 21:12. Yazar: admin
Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin xüsusi elçisi və əlaqələndiricisini qəbul edib - FOTO







Aia.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu və uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olundu.

Söhbət zamanı ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


aia.az
Geri dön