Ana Sayfa > İdman > “Azərreyl” qələbə ilə başladı

“Azərreyl” qələbə ilə başladı


15-12-2016, 21:09. Yazar: admin
“Azərreyl” qələbə ilə başladı






Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində növbəti oyunlar keçirilib.

Aia.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycanın turnirdəki ikinci təmsilçisi "Azərreyl" də bu gün mübarizəyə qoşulub.

"Dəmiryolçular" Polşanın "Dabrova Qornitsa" klubu ilə qarşılaşıblar. Görüş Famil Ağayevin yetirmələrinin qələbəsi ilə yekunlaşıb. İlk setdə qalib gələn təmsilçimiz ikinci setdə üstünlüyü rəqibə verib. 3-cü hissə də çempionumuz üçün uğurlu başa çatıb.

Əsas barışmaz mübarizə isə sonuncu, həlledici hissədə olub. Gah bu, gah da digər komandanın önə keçdiyi setdə "Azərreyl" 28:26 hesabı ilə qələbə qazanıb.

Qadın voleybolçular arasında Çempionlar Liqası
Qrup mərhələsi
C qrupu
I tur

15 dekabr

"Azərreyl" (Azərbaycan) - "Dabrova Qornitsa" (Polşa) - 3:1 (25:21, 15:25, 25:22, 28:26)

Hakimlər: İvan Lazareviç (Serbiya), Stefano Çezareyə (İtaliya)

Bakı, "Azərreyl" Voleybol Bazası
Geri dön