Ana Sayfa > Təhsil > BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb


Bu gün, 15:32. Yazar: sevinc1
BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024/2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2024/2025-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək.
Prezident təqaüdünə layiq görülən gənclərdən 4-ü Bakı Dövlət Universitetinin (BDU) tələbəsidir.
Onların siyahısını təqdim edirik:

Gülməliyeva Sevil Rövşən qızı

Səlimova Aysel Ehtiram qızı

Bababəyli Semral Aprel oğlu

Hüseynov Nurlan Fizuli oğlu


Yüksək etimada layiq görülən BDU tələbələrini təbrik edir, onlara uğurlar arzulayırıq!

Geri dön