Ana Sayfa > Gündəm > Prezidentdən deputatla bağlı

Prezidentdən deputatla bağlı


Bu gün, 13:47. Yazar: sevinc1
Prezidentdən deputatla bağlı

Sabir Kamal oğlu Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib.

aia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla S.Hacıyev Azərbaycanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə ordenə layiq görülüb.

Qeyd edək ki, Sabir Hacıyev Milli Məclisin 91 saylı Göyçay seçki dairəsinin deputatıdır. Bu gün onun 70 yaşı tamam olur.
Geri dön