Ana Sayfa > Özəl > Səlbi Rzayevanı təbrik edirik!

Səlbi Rzayevanı təbrik edirik!


Bu gün, 10:00. Yazar: sevinc1
Səlbi Rzayevanı təbrik edirik!

Çox hörmətli Səlbi müəllimə, bu il nəvəmiz Züleyxa Sizin dörd il ərzində rəhbərlik etdiyiniz sinifdə öz ibtidai təhsilini başa vuraraq növbəti, beşinici sinifə keçdi. Allahın izni ilə gün gələcək, nəvəmiz də, onun sinif yoldaşları da bu gün təhsil aldıqları orta məktəbi bitirib öz həyat yollarına fərqli-fərqli universitetlərdə davam edəcəklər. Yəqin ki, onların da arasından müəllimlər, alimlər, ədiblər və sadəcə qəhrəmanlar yetişəcək. Amma övladlarımız kim olurlarsa olsunlar, onların bu müstəqil həyata atdıqları ilk addımlarında yanlarında məhz Siz olmusunuz, əllərindən ilk Siz tutmusuz. Buna görə də biz Sizə bir ömür boyu borclu olacağıq.

Əzizimiz Səlbi müəllimə, Sizi və sizin timsalınızda çalışdığınız Binəqədi qəsəbəsində yerləşən 205 saylı tam orta məktəbin bütün kollektivini Beynəlxalq Müəllim Günü münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür, möhkəm can sağlığı və şərəfli işinizdə yeni-yeni nailiyyətlər arzulayırıq!

Sonsuz ehtiramla, Məmmədovlar ailəsi.
Geri dön