Ana Sayfa > Özəl / Təhsil > 205 saylı məktəbin şagirdləri öz müəllimlərini təbrik edirlər

205 saylı məktəbin şagirdləri öz müəllimlərini təbrik edirlər


Bu gün, 11:17. Yazar: sevinc1
205 saylı məktəbin şagirdləri öz müəllimlərini təbrik edirlər

Bu gün Azərbaycan müəlliminin qarşısında dövlətimizin inkişafı, siyasi-iqtisadi stabilliyi, xalqın mənəvi birlik və həmrəyliyi, milli dəyərlərimizin əsas təminatçısı olan gənc vətəndaşların formalaşması, mənəvi-əxlaqi inkişafı və tərbiyəsi kimi mühüm və müqəddəs vəzifə durur. Xalqımızın sarsılmaz birlik və həmrəyliyinin bariz nümunəsi olan, tarixə qızıl hərflərlə yazılan və parlaq zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsi Azərbaycan müəlliminin bu vəzifəni, müqəddəs amalı layiqincə yerinə yetirməsinin əyani sübutudur.

Hər il oktyabr ayının 5-də dünyanın 100-dən çox ölkəsində, o cümlədən Azərbaycanda Beynəlxalq Müəllim Günü qeyd olunur. Ölkəmizdə müəllim peşəsinə münasibət hər zaman xüsusi olub. Xalqımız öz böyüklərinə, müəllimlərinə hər zaman hörmət və ehtiram göstərib.

Bu gün paytaxtın Binəqədi qəsəbəsində yerləşən 205 saylı tam orta məktəbin V “b” sinif şagirdləri də öz müəllimlərini və ilk növbədə sinif rəhbərləri Aysel Tahirovanı Beynəlxalq Müəllim Günü münasibətilə ürəkdən təbrik edirlər. Peşə bayramınız mübarək olsun, əziz müəllimlərimiz!

Züleyxa Məmmədova.
Geri dön