Ana Sayfa > İqtisadiyyat > Amos Hokştayn: “Enerji məsələsi siyasi silah kimi istifadə olunmamalıdır”
Amos Hokştayn: “Enerji məsələsi siyasi silah kimi istifadə olunmamalıdır”15-12-2016, 20:58. Yazar: admin |
""Türk axını", "Şimal axını" və istənilən axından asılı olmayaraq, əsas məsələ odur ki, Avropada qaz təchizatı sahəsində diversifikasiya təmin olunsun. Müxtəlif mənbələr bu siyasəti təmin etməlidir". Aia.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi Amos Hokştayn Bakıda keçirdiyi mətbuat konfransında deyib. "Əsas odur ki, istənilən boru xətti dövlətlərin müstəqilliyinə təhdid və ya siyasi müstəvidə silah kimi istifadə olunmamalıdır. Bunlardan suverenliyə təsir mexanizmi kimi istifadə edilməməlidir. Bu məsələlər Avropa üçün əhəmiyyət daşıyır", - deyə o, qeyd edib. aia.az Geri dön |