Ana Sayfa > Siyasət > İlham Əliyev Qazaxıstan və Bəhreynin dövlət başçılarını təbrik edib

İlham Əliyev Qazaxıstan və Bəhreynin dövlət başçılarını təbrik edib


15-12-2016, 20:00. Yazar: admin
İlham Əliyev Qazaxıstan və Bəhreynin dövlət başçılarını təbrik edib





Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidentini və Bəhreyn Kralını təbrik edib.

Aia.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Qazaxıstan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

Ötən 25 il ərzində Qazaxıstan dinamik inkişaf yolu keçərək bütün sahələrdə, o cümlədən sosial sabitlik və vətəndaşlarının rifahının yüksəldilməsi, iqtisadiyyatın inkişafı sahələrində gözəl nailiyyətlər əldə etmişdir. Ölkəniz Sizin rəhbərliyiniz altında beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi ilə dünyada böyük nüfuz qazanmışdır.

Əminəm ki, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan Azərbaycan-Qazaxıstan münasibətlərinin xoş ənənələri, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş sıx və səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Hörmətli Nursultan Abişeviç, belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Dövlət başçısı Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifəyə də təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Əlahəzrət, Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan ilə Bəhreyn arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Bəhreyn xalqına daim sülh və rifah arzulayıram".
Geri dön