Ana Sayfa > Parlament > Cinayət Məcəlləsinə "Ekosid" anlayışı əlavə ediləcək

Cinayət Məcəlləsinə "Ekosid" anlayışı əlavə ediləcək


4-10-2024, 16:36. Yazar: sevinc1
Cinayət Məcəlləsinə "Ekosid" anlayışı əlavə ediləcək

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin genişləndirilmiş iclası keçirilib.

aia.az xəbər verir ki, komitə üzvü Kamal Cəfərov “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqında” qanun layihəsini təqdim edib.

Bildirilib ki, layihənin məqsədi heyvanlar aləmi və yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin təkmilləşdirilməsindən ibarətdir.

Belə ki, qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsməyə (götürməyə) görə Cinayət Məcəlləsində ilk dəfə “xüsusilə külli miqdar” anlayışı müəyyən edilir ki, bu da Məcəllənin 259.1–259.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi nəticəsində müvafiq məbləğdə ziyanı nəzərdə tutur.

Bundan başqa, komitənin iclasında Cinayət Məcəlləsinə "Ekosid" anlayışının əlavə edilməsi məsələsi də müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilmiş layihədə "Ekosid" anlayışının əlavə edilməsi və bu cinayəti törədən şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması təklif edilir.

Dəyişiklik ölkə ərazisində törədilən ekoloji cinayətlərə görə düzgün hüquqi qiymətləndirmənin aparılmasını və ekosistemin davamlı mühafizəsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etmək məqsədi daşıyır.

aia.az
Geri dön