Ana Sayfa > Siyasət > Qayıdışın mübarək , döğma Cəbrayılım !
Qayıdışın mübarək , döğma Cəbrayılım !4-10-2024, 08:52. Yazar: sevinc1 |
27 sentyabr 2020-ci il tarixində düşmənin növbəti təxtibatını dəf etmək və təcavüzə son qoymaq üçün Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri cəbhəboyu əks-hücuma keçərək uzun illər davam edən işğala 44 gün ərzində son qoydu. Yumruq kimi birləşən Prezident - xalq həmrəyliyindən güc alan rəşadətli ordumuz yağı tapdağında olan torpaqlarımızı azad etməklə , xalqımıza böyük sevinc yaşatdı və haqq-ədalətin bərpasına nail oldu. Oktyabrın 4-ü Azərbaycanın ən yeni tarixində təqvimə düşən şanlı günlərdən biri – xalqımızın şərəf və ləyaqət salnaməsi olan Vətən müharibəsində ilk böyük qalibiyyətin qazanıldığı gündür. Dörd il öncə bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev tarixi Qələbə tvitlərindən birini atdı: “Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”. Cəbrayıl Vətən müharibəsinin ilk qazi şəhəri oldu. 27 illik işğaldan sonra rəşadətli əsgər və zabitlərimizin canı-qanı bahasına azadlığa qovuşdu. İrəlidə yeni Zəfər soraqlı günlər vardı. Ali Baş Komandan 2020-ci ilin 4 oktyabrında xalqa müraciətində bu tarixi hadisənin xüsusi əhəmiyyətini vurğuladı: “Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir! Bu gün cəbrayıllılar, əlbəttə ki, sevinc içindədirlər, necə ki, bütün Azərbaycan xalqı. Bu, sevinc göz yaşlarıdır. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o, məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi. Bu gün Azərbaycan xalqı sevinc içindədir...”. Cəbrayılın işğaldan azad edilməsi böyük Zəfərin başlanğıcı idi. Ali Baş Komandan: “Biz bu günlər xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq, tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində – 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar... Biz bütün şəhərləri bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq...”. Yağı tapdağından qurtuluşun dördüncü ildönümünü yaşayan torpaqlara artıq həyat, quruculuq, abadlıq, ən əsası isə, bu torpaqların sakinləri qayıdır... Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə dövlət başçısı tərəfindən 31 iyul 2023-cü il tarixində sərəncam imzalanıb. Sərəncamla 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan olunub. 4 oktyabr cəmi xalqımızın şərəfləndiyi gündür. Bu günü təqvimimizə qanı-canı bahasına yazan şəhidlərimizi bir daha rəhmət və minnətdarlıqla yad edir, qəhrəman qazilərimizlə sonsuz qürur duyuruq. Böyük Zəfərin ilk müjdəsi olmuş günümüz mübarək! Bəli qəhrəman Azərbaycan ordusu, Ali Baş Komandanımız cəbrayıllıların həsrətinə son qoydu. Bu gün artıq biz Cəbrayılın azad olunmasının 4 illiyini qeyd edirik. Dörd il çox sürətlə keçdi və bu qələbəmiz hər birimizi sevindirir, əminik ki, cənab Prezidentimizin rəhbərliyi ilə xalqımızı qarşıda yeni-yeni uğurlar gözləyir. Bu yerlərə həyat yenidən qayıdır. Cəbrayılın bərpası sürətlə davam edir. Azad edilmiş bütün ərazilərdə, eləcə də Cəbrayıl şəhərində inzibati və ictimai binalar, məktəblər, tibb ocaqları yaradılır, infrastruktur qurulur . Artıq 2024-cü ildə Cəbrayıl rayonu da öz sakinlərinə qucağını açdı. Rayon mərkəzində inşa edilmiş 33 yaşayış binasının bir neçəsində tamamlanma işləri başa çatmış və həmin mənzillərə sakinlərin köçürülməsi həyata keçirilmişdir. Bu günlər Cəbrayılın və cəbrayıllıların xoş günləri kimi qəlbimizdə iz salır. Bütün bu gözəl günləri bizə bəxş edən, vətənimizin hər qarış torpağının azad olunmasında canından ,qanından keçmiş Azərbaycan övladlarının , şəhidlərimizin qarşısında baş əyirik. Bir cəbrayıllı olaraq son dərəcə qürurluyam. Bu möhtəşəm qələbəyə görə Ali Baş Komandanımıza, Rəşadətli Azərbaycan Ordusuna minnətdarlığımı bildirirəm. Allahdan bütün şəhidlərimizə rəhmət , qazilərimizə can sağlığı diləyirəm. Məhəmməd Əliyev YAP Cəbrayıl rayon təşkilatının sədr müavini Geri dön |