Ana Sayfa > Qərbi Azərbaycan / Özəl / Manşet > Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri Dədə Əlsgərin abidəsini ziyarət etmişdir

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri Dədə Əlsgərin abidəsini ziyarət etmişdir


Bu gün, 18:05. Yazar: sevinc1
Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri Dədə Əlsgərin abidəsini ziyarət etmişdir

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və İcma üzvləri Aşıq Ələsgərin Bakı şəhərində yeni açılışı olmuş abidəsini ziyarət ediblər.
İcma nümayəndələri aşıq sənətimizin parlaq nümayəndəsi, böyük el sənətkarı Dədə Ələsgərin abidəsi önünə tər güllər düzmüş, poeziyamızın dühasının xatirəsini ehtiramla yad etmişlər.

Qeyd edək ki, Aşıq Ələsgər Qərbi Azərbaycanda - Azərbaycan aşıq sənətinin tarixi mərkəzlərindən olan Göyçə mahalında yaşayıb-yaratmış, misilsiz bədii-estetik ustalığı ilə xalqımızın ruhunu əks etdirən əsərlər yaratmış və ozan-aşıq sənətinin minillik ənənələrinə yeni nəfəs vermişdir.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi münasibətilə 1972-ci ildə doğulduğu Ağkilsə kəndində onun abidəsi ucaldılmışdı, lakin Qərbi Azərbaycanlıların öz ata-baba yurdundan sonuncu 1987-91-ci illər deportasiyası zamanı abidə yerlə-yeksan edilmişdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Bakı şəhərində ulu ozanın heykəli ucaldılmış, sentyabrın 30-da abidənin açılışı olmuşdur. Abidənin açılış mərasimində çıxış edən ölkə başçısı demişdir: “Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik.”



Geri dön